AZƏRBAYCAN ÖZ QƏHRƏMANININ MEYİTİNİN VERİLMƏSİNƏ NAİL OLMAQ ÜÇÜN NƏ ETMƏLİDİR?
2010-cu il iyunun 18-dən 19-na keçən gecə cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrini böyük itkilərə məruz qoyub şəhid olan Milli Qəhrəman Mübariz İbrahimovun meyiti, bəzi cəhdlərə baxmayaraq, Azərbaycana qaytarılmır. “Media forum” saytı Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı, “Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri Cəsur Sümərinli və Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Orucluya bir sualla müraciət edib: Azərbaycan Mübariz İbrahimovun meyitinin verilməsinə nail olmaq üçün nə etməlidir?